Bakının Cammu və Kəşmirlə bağlı rəsmi mövqeyi

Bakının Cammu və Kəşmirlə bağlı rəsmi mövqeyi
  26 Sentyabr 2019    Oxunub:5355
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Kəşmir   Cammu  





Xəbər lenti