Bakıda 18,5 kilometrlik velosiped yolu salınacaq

 Bakıda 18,5 kilometrlik velosiped yolu salınacaq
  25 Sentyabr 2019    Oxunub:3634
"Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur".

Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, yolun 100 metrlik hissəsi artıq hazırdır.
"İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur".

Azvision.az


Teqlər: Velosiped   Yol   Bakı  





Xəbər lenti