“Pinqvin”lərin qadağan olunmasına razılıq verildi

“Pinqvin”lərin qadağan olunmasına razılıq verildi
  25 Sentyabr 2019    Oxunub:2733
Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Qurum rəsmisi bildirib ki, qeyd olunan təkliflər qəbul olunsa, onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olmaq mümkündür.

"Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır. ETSN vətəndaşlarımızı yenə də polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır".

Aytən Zəhra
Azvision.az




Teqlər: ETSN  





Xəbər lenti