PUA-nın vurulması barədə xəbər yalan çıxdı

 PUA-nın vurulması barədə xəbər yalan çıxdı
  25 Sentyabr 2019    Oxunub:2786
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

"Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir", - deyə məlumatda qeyd edilib.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   PUA  





Xəbər lenti