Yevlaxda oğul qəza törətdi, atası öldü

  25 Sentyabr 2019    Oxunub : 1054
Yevlaxda oğul qəza törətdi, atası öldü
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədkərimovun avtomobilində olan sərnişinlərdən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza