ABŞ-ın Azərbaycanda 250-dən çox şirkəti var

  25 Sentyabr 2019    Oxunub : 1149
 ABŞ-ın Azərbaycanda 250-dən çox şirkəti var
ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub.
Azvision.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da keçirilən “II Xəzər Biznes Forumu”nda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoyub.

"250-dən çox ABŞ şirkətləri Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak etmişlər", - deyə XİN rəhbəri vurğulayıb.

Azvision.az

Teqlər: ABŞ   Azərbaycan   Məmmədyarov