“YAP-ın üzvlərini yoldan çıxarmağa çalışırlar” - Siyavuş Novruzov

“YAP-ın üzvlərini yoldan çıxarmağa çalışırlar” -  Siyavuş Novruzov
  25 Sentyabr 2019    Oxunub:2539
"Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir. Bu işlərin arxasında bəzi dövlətlər dayanır. Belə insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.

Onun sözlərinə görə, xaricdəki mühacir azərbaycanlıların bəziləri ölkəmizdə aparılan işlərə kölgə salmağa cəhd edir: "Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri aktiv olmalıdırlar. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Azərbaycan və Qazaxıstan istisna olmaqla, post-sovet ölkələrində vəziyyət dəyişməz qalır. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçib”.

YAP icra katibinin müavini qeyd edib ki, əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz: “Azərbaycan sabitlik adasıdır. YAP-ın rayon təşkilatlarnın sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər. Düzgün istiqamət verərək yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Deputat   SiyavuşNovruzov  





Xəbər lenti