Bir gecədə 4 ev, bir maşın yandı

Bir gecədə 4 ev, bir maşın yandı
  25 Sentyabr 2019    Oxunub:1629
Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin döşəməsi, dam örtüyü və qapı-pəncərəsi 80 m² sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən, Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Cəlilabad rayonunun Üçtəpə kəndində isə ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti