XİN rəhbəri ABŞ-da daha bir görüş keçirib

XİN rəhbəri ABŞ-da daha bir görüş keçirib
  25 Sentyabr 2019    Oxunub:1646
Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.
Azvision.az xəbər verir ki, Fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına və Agentliyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd edib.

Görüşdə, həmçinin Agentlik ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti