Elmar Məmmədyarov Moqerini ilə görüşdü

   Elmar Məmmədyarov Moqerini ilə görüşdü
  25 Sentyabr 2019    Oxunub:2258
Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.
Bu barədə Azvision.az -a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Aİ arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu-Yorkda baş tutmuş ən son görüş və ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesinin cari vəziyyəti ilə bağlı məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin tezliklə beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT TŞ-nin qətnamələri əsasında həllinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş əsnasında həmçinin regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Maqreni  





Xəbər lenti