"Naxçıvanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk" - Gürcüstan səfiri

   "Naxçıvanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk" -    Gürcüstan səfiri
  24 Sentyabr 2019    Oxunub:1800
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Azvision.az xəbər verir ki, Ali Məclisin Sədri səfiri salamlayıb, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ikitərəfli əlaqələrdəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Zurab Pataradze göstərilən diqqətə görə minnətdarlıq edib, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından danışıb. İkitərəfli münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını ifadə edən qonaq Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiklərini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Azvision.az


Teqlər: VasifTalıbov   Naxçıvan   Səfir   Görüş  





Xəbər lenti