Oqtay Əsədov ATƏT PA-nın sədrilə görüşüb
Georgi Tsereteli Azərbaycana səfərini və ölkəmizdə keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlayıb. O bildirib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir.
Söhbət zamanı Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyi və qurumun fəaliyyətinə mühüm töhfə verdiyi qeyd edilib, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: ATƏT Azərbaycan