Gömrükdə qanunsuz siqaret və dərmanlar aşkarlanıb

Gömrükdə qanunsuz siqaret və dərmanlar aşkarlanıb
  24 Sentyabr 2019    Oxunub:4658
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin arxa oturacaqların altında 8000 ədəd üzərində "Marlboro" yazılan tütün məmulatları, 7 ədəd üzərində "Brontel" və 1 ədəd üzərində "Brovermektin" yazılan dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Tütün   Dərman  





Xəbər lenti