Əsgər Ramin Abdulrəhmanov dəfn olunub - FOTOLAR

 Əsgər Ramin Abdulrəhmanov dəfn olunub -  FOTOLAR
  24 Sentyabr 2019    Oxunub:6978
Cəbhəboyu zonada yerləşən hərbi hissədə yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan əsgəri Ramin Abdulrəhmanovla bağlı yeni faktlar məlum olub.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fərid Səmədov Azvision.az -a bildirib ki, 2000-ci il təvəllüdlü əsgər Qubanın Qırmızı Qəsəbəsində yaşayıb. Onun sözlərinə görə, R.Abdulrəhmanov bu ilin yanvar ayında hərbi xidmətə çağırılıb.



Bu gün həlak olan əsgərin nəşi qəsəbəyə gətirilib. Ailəsi və yaxınlarının iştirakı ilə keçirilən vida mərasimindən sonra onun cənazəsi Qubanın mərkəzi qəbirstanlığında torpağa tapşırılıb.







Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əsgər   Quba   RaminAbdulrəhmanov  





Xəbər lenti