“Yük daşıyan ambulans bizə məxsus deyil” - Səhiyyə Nazirliyi

“Yük daşıyan ambulans bizə məxsus deyil” -  Səhiyyə Nazirliyi
  24 Sentyabr 2019    Oxunub:3243
Bəzi KİV-lərdə fotosu yayılan arxasına məişət əşyaları yüklənən tibbi yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qurumun Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir: "Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər" - deyə, məlumatda qeyd olunub.




Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti