Şamaxıda yol qəzası - Ölən və yaralı var

Şamaxıda yol qəzası -    Ölən və yaralı var
  24 Sentyabr 2019    Oxunub:2485
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəlinib. Hazırda onun müalicəsi özəl klinikada davam etdirilir", - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şamaxı   Qəza   Ölüm   Nazirlik   Yaralı  





Xəbər lenti