Azərbaycan əsgərinin nəşi neytral ərazidən götürülüb

Azərbaycan əsgərinin nəşi neytral ərazidən götürülüb
  24 Sentyabr 2019    Oxunub:5622
Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi təmas xəttindən çıxarılıb.
Bu barədə Azvision.az -a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 22-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Azvision.az



Teqlər: BQXK  





Xəbər lenti