Gəncə və Neftçalada qaz olmayacaq

Gəncə və Neftçalada qaz olmayacaq
  24 Sentyabr 2019    Oxunub:1498
Sentyabrın 24-də səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, “Gəncə şəhər-1”, “Maşınqayırma”, “Gəncə şəhər-2”, “Avtozavod” orta təzyiqli qaz xətlərində və “Bağmanlar” ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa bu gün saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.


Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti