Bakı polisi təlimlərə cəlb olunur

Bakı polisi təlimlərə cəlb olunur
  24 Sentyabr 2019    Oxunub:2100
İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, polis işçilərinin biliklərini artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir:

“Cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur”.

E.Hacıyev qeyd edib ki, polisin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq, vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər, müraciətlər ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə əməkdaşların tədris prosesinə yönəldilir.

Azvision.az



Teqlər: Bakı   Polis   Eşlad-Hacıyev  





Xəbər lenti