Bakıda liftdə qalan 6 nəfər xilas edilib

  24 Sentyabr 2019    Oxunub : 789
Bakıda liftdə qalan 6 nəfər xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN   Lift