Azərbaycanın terrorçuluğa qarşı mübarizəsi təqdir olundu

Azərbaycanın terrorçuluğa qarşı mübarizəsi təqdir olundu
  24 Sentyabr 2019    Oxunub:3261
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin icraçı direktoru xanım Mişel Koninks ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor, terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

Azvision.az



Teqlər: XİN   BMT   Nyu-York  





Xəbər lenti