Əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır

  23 Sentyabr 2019    Oxunub : 894
Əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.

Məlumatda bildirilir ki, 2015-ci ilin dekabr ayından etibarən ölkədə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanacaq.

Azvision.az

Teqlər: ƏƏSMN