Avtomobillərin texniki baxış rüsumu artırılır

  23 Sentyabr 2019    Oxunub : 2540
 Avtomobillərin texniki baxış rüsumu artırılır
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.

Azvision.az xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib.
Bundan əvvəl dövlət rüsumu 20 manat idi

Layihə parlamentin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Rüsum   MM   Avtomobil