Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlər

  23 Sentyabr 2019    Oxunub : 1562
 Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlər
2019-cu ilin 6 ayında məhkəməyə göndərilən işlər üzrə təqsirləndirilən şəxslərin sayı 182 nəfər olub.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bunlardan 138 nəfəri yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərdir.
Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məhkəməyə göndərilən işlərin 6-sı qəsdən adam öldürmə, 6-sı qəsdən sağlamlığa zərər vurma, 86-ı oğurluq, 7-sı soyğunçuluq, 1-i qulduqluq, 5-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, 7-si xuliqanlıq, 20-si isə digər cinayətlərlə bağlı olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məhkəmə   Cinayət