Naxçıvanın 250 illik tarixi olan kəndi - FOTOREPORTAJ

  23 Sentyabr 2019    Oxunub : 4736
 Naxçıvanın 250 illik tarixi olan kəndi - FOTOREPORTAJ
Deyilənə görə, bu kənddə yaşayış təxminən 250 il əvvəldən başlanıb. Əlverişli mühit, əkin və otlaq sahələrin olması insanların burada məskən salmasına səbəb olub. Söhbət Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndindən gedir.
Kənd sakinlərinin sözlərinə əsasən, Həmzəli kəndini Yuxarı Yayçı kəndinin sakinləri salıblar. Kəndlər arasında məsafə çox olduğundan, gediş-gəlişin çətinliyi ilə əlaqədar insanlar burada qalmağa üstünlük veriblər. Əvvəlcə Yuxarı Yayçının bəyləri bunu qəbul etməyib, dəfələrlə onları zorla geri dönməyə məcbur ediblər. Lakin, bütün təzyiqlərə baxmayaraq, kənd camaatı öz istəyinə nail olub.

Azvision.az-ın Naxçıvanın qədim kəndlərindən olan Həmzəlidən hazırladığı fotoreportajı təqdim edirik:











































































Foto: Vüsal Hüseynli
Azvision.az

Teqlər: Naxçıvan   Şərur   Həmzəlikəndi