FHN köməksiz qalan 7 nəfəri xilas etdi

  23 Sentyabr 2019    Oxunub : 1064
FHN köməksiz qalan 7 nəfəri xilas etdi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, sərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.

Azvision.az

Teqlər: FHN   Xilasetmə