Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
  23 Sentyabr 2019    Oxunub:3434
Bu gün ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti