Məmmədyarovla həmsədrlərin Qarabağ müzakirəsi - Yenilənib

 Məmmədyarovla həmsədrlərin Qarabağ müzakirəsi -  Yenilənib
  23 Sentyabr 2019    Oxunub:7739
Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

***
ABŞ-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb, - deyə XİN rəsmisi vurğulayıb.



Azvision.az



Teqlər: XİN   ABŞ   Məmmədyarov   ATƏT  





Xəbər lenti