Güclü külək Qaradağda fəsadlar törədib

  22 Sentyabr 2019    Oxunub : 1366
Güclü külək Qaradağda fəsadlar törədib
Güclü külək nəticəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb.
"Azəriqaz"dan Azvision.az -a verilən məlumata görə, aşan ağac diametri 108 mm olan aşağı təzyiqli qaz xəttini zədələyib. Qəza nəticəsində 120 abonent qazsız qalıb.

Azvision.az

Teqlər: Azəriqaz   Qaradağ