Bakıda liftdə qalan 7 nəfər xilas edilib

Bakıda liftdə qalan 7 nəfər xilas edilib
  22 Sentyabr 2019    Oxunub:1763
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi, Binəqədi və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən beşi azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Lift   Köməksiz  





Xəbər lenti