Şəmkirdə 14 yaşlı oğlan hovuzda boğularaq ölüb

  22 Sentyabr 2019    Oxunub : 1771
 Şəmkirdə 14 yaşlı oğlan hovuzda boğularaq ölüb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN   Hovuz   Gənc