Bakı metrosunda həyəcanlı anlar yaşandı

  21 Sentyabr 2019    Oxunub : 4867
 Bakı metrosunda həyəcanlı anlar yaşandı
Bu gün saat 14:30 radələrində xətdə hərəkət edən qatarın vaqonunda spesifik qoxu və tüstü müşahidə olunub. "Gənclik" stansiyasında sərnişinlər qatardan düşürülüb, vaqonlara baxış keçirilib.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib

Onun sözlərinə görə, vaqonlarda hansısa problem aşkar olunmayıb. Həmin qatar sərnişinlərlə yoluna davam edib.

"Qoxunun yaranmasına səbəb həmin qatardan əvvəl xəttə verilmiş sınaq qatarı ilə bağlı olub. Qatarın təkərinin detallarından biri sıxıldığından sürtünmə baş verib və nəticədə ətrafa dəmirin sürtünməsindən yaranan qoxu yayılıb. Sərnişinlər arasında həyəcanlanan olub. Müvafiq ilkin yardım göstərilib və təcili tibbi yardımın dəvət edilməsi təklif olunub. Lakin sərnişinlər könüllü təcili tibbi yardımın çağırılmasından imtina ediblər", - QSC rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Metro   Qatar   Vaqon