Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb - Yenilənib

 Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb -  Yenilənib
  22 Sentyabr 2019    Oxunub:8339
Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a bildirilib ki, şimal-qərb küləyi Bakıda arabir 40m/s, Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə və Tərtərdə 27 m/s, Salyanda, Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s, Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6,3 metrə çatıb. Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.

***
(18:35)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 18:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, ki, şimal- qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s, Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Azvision.az



Teqlər: ETSN   Dağla   Xəzər   Dəniz  





Xəbər lenti