Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

 Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib
  21 Sentyabr 2019    Oxunub:1829
Sentyabrın 22-i günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.
Bu barədə Azvision.az -a qurumun mətbuat xidmətindən məlumat verilib.

Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Azvision.az


Teqlər: ASCƏ   Gəmi   Xəbərdarlıq   Hava  





Xəbər lenti