Bakının mərkəzi prospekti bağlanır

   Bakının mərkəzi prospekti bağlanır
  20 Sentyabr 2019    Oxunub:2214
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumat agörə, bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

Azvision.az



Teqlər: Yol   Prospekt  





Xəbər lenti