“Namuslu qadını əxlaqsız adı ilə şantaj edirlər” - Deputat

  20 Sentyabr 2019    Oxunub : 1446
“Namuslu qadını əxlaqsız adı ilə şantaj edirlər” - Deputat
"Azərbaycan qanunvericiliyində təhqir, böhtan və bu cür yaramaz hallar cinayət məsuliyyəti yaradır"

Azvision.az xəbər verir ki, bunu deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Deputat xatırladıb ki, bununla bağlı Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: "Lakin ölkə rəhbərliyinin humanist yanaşması nəticəsində bu maddələr bu gün tətbiq edilmir. Bəlkə, nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır".

Ç.Qənizadənin sözlərinə görə, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir:

"Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Namuslu bir qadının əxlaqsız olması ilə bağlı internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar altında profil və ya hesablardan istifadə etməklə onlara yalandan böhtanlar atılır, təhqir edilirlər. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Çingiz-Qənizadə