Mirqafar Seyidov 5 bölməyə rəis müavini təyin etdi

 Mirqafar Seyidov 5 bölməyə rəis müavini təyin etdi
  20 Sentyabr 2019    Oxunub:3045
Paytaxın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti