FHN Yasamalda təhlükənin qarşısını aldı

FHN Yasamalda təhlükənin qarşısını aldı
  20 Sentyabr 2019    Oxunub:2245
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının qoparaq yerə tökülməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.

Azvision.az



Teqlər: FHN   Yasamal  





Xəbər lenti