Azərbaycanlılar Türkiyədən deportasiya edilir? - Səfirdən açıqlama

 Azərbaycanlılar Türkiyədən deportasiya edilir? -   Səfirdən açıqlama
  20 Sentyabr 2019    Oxunub:3162
Türkiyənin Bakıdakı səfiri Erkan Özoral Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya edilməsi barədə xəbərlərə münasibət bildirib.
Azvision.az xəbər verir ki, səfir bu məsələ ilə bağlı açıqlamasında deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərin görə, Türkiyədə yaşayan azərbaycanlıların problemləri iki gün əvvəl Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və Azərbaycanın Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunub və problemlərin həlli ilə bağlı lazımi addımların atılması qərara alınıb.

Azvision.az



Teqlər: Səfir   Türkiyə  





Xəbər lenti