İsmayıllıdakı zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb

İsmayıllıdakı zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb
  19 Sentyabr 2019    Oxunub:1966
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti