Ağdaşda qanunsuz silah aşkar edilib

  19 Sentyabr 2019    Oxunub : 823
Ağdaşda qanunsuz silah aşkar edilib
Ağdaş sakinindən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbşəki kənd sakini F.Mustafayevdən müvafiq icazəsi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Silah