Ana oğlu ilə birlikdə özünü çaya atmaq istədi

Ana oğlu ilə birlikdə özünü çaya atmaq istədi
  19 Sentyabr 2019    Oxunub:1874
Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə birlikdə özünü çaya atmağa cəhd göstərib.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli RPŞ-yə təhvil veriliblər. Araşdırma aparılır.

Azvision.az



Teqlər: İmişli   Araz   Çay  





Xəbər lenti