Naxçıvandakı möcüzə - Əshabi-Kəhf ziyarətgahından FOTOREPORTAJ

 Naxçıvandakı möcüzə  - Əshabi-Kəhf ziyarətgahından  FOTOREPORTAJ
  19 Sentyabr 2019    Oxunub:14598
Dünyanın möcüzəli məkanlarından olan Əshabi-Kəhf ziyarətgahı Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşir. Hər il bu ziyarətgahı Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist ziyarət edir.
Məlumata görə, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” – “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də mövcuddur. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu təsdiqləyir.

Qeyd edək ki, ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri aparılıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi qərara əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Azvision.az Əshabi-Kəhf ziyarətgahından fotoreportajı təqdim edir:













































Foto: Vüsal Hüseynli
Azvision.az


Teqlər: Naxçıvan   Əshabi-Kəhf   Ziyarətgah  





Xəbər lenti