Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı - FOTO
Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edən S.Zas Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Belarus tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. Görüşün sonunda Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti ilə Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət katibliyi arasında 2020-2021-ci illər üçün əməkdaşlıq Planı imzalanıb.
Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi S.Zasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə də ikitərəfli görüşləri keçirilib.
Azvision.az
Teqlər: Azərbaycan Belarus