Naxçıvanda qanunsuz yaşayan 14 əcnəbi aşkarlanıb

   Naxçıvanda qanunsuz yaşayan 14 əcnəbi aşkarlanıb
  19 Sentyabr 2019    Oxunub:2358
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən avqust ayında muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 14 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Azvision.az Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 1117 müraciət daxil olub, müraciətlərdən 115-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Avqust ayında olduğu yer üzrə qeydiyyatla bağlı 1002 müraciət qeydə alınaraq icrası
təmin olunub, həmin müraciətlərdən 508-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti