Şura Şirvan və Xaçmazda təlim keçirib

Şura Şirvan və Xaçmazda təlim keçirib
  19 Sentyabr 2019    Oxunub:1703
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Qeyri-Hökumət Təşkilatlarında mühasibat uçotu” mövzusunda təlim keçirilib.
Azvision.az xəbər verir ki, təlimdə Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı, Masallı və Lənkəran rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbərləri və mühasibləri iştirak edib.

Təlimdə QHT-lərdə mühasibat uçotunun aparılması, layihə büdcəsinin idarə olunması, layihənin maliyyə hesabatlığı, onun SƏLİS vasitəsi ilə təqdimatı və digər mövzularda təqdimatlar və qrup işləri keçirilib.

Şuranın təşkilatçılığı ilə digər bir təlim isə Xaçmaz şəhərində keçirilib. QHT-lər və təşəbbüs qrupları üçün layihə təkliflərinin hazırlanması qaydaları barəsində keçirilən təlimdə ictimai problemlərin və benefisiarların müəyyən olunması, layihə heyətinin formalaşdırılması, donor və tərəfdaşların seçilməsi və layihə təklifinin hazırlanması ilə bağlı təqdimatlarlar keçirilib, qrup işləri icra olunub, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Azvision.az



Teqlər: QHT   Şura  





Xəbər lenti