Məmmədyarov Qvineyaya yola düşdü

Məmmədyarov Qvineyaya yola düşdü
  08 Dekabr 2013    Oxunub:908
Azərbaycan XİN rəhbəri Qvineyaya yola düşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında keçiriləcək İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyasında iştirak etmək üçün Qvineyaya yola düşüb.

AzVision.az XIN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.


Teqlər:





Xəbər lenti