Məmur otağında “cadu təmizləyən” şəxs Əli Kərimlinin qohumu imiş – SENSASİON FOTOLAR

  18 Sentyabr 2019    Oxunub : 33428
 Məmur otağında “cadu təmizləyən” şəxs Əli Kərimlinin qohumu imiş – SENSASİON FOTOLAR
Qənimət Zahidin rəhbərlik etdiyi “Azərbaycan saatı” proqramının son buraxılışında bir falçının məmurlardan birinin otağında “cadu-piti əməliyatı” yerinə yetirdiyini əks etdirən kadrlar yer alıb. Kadrlardan görünür ki, dini qiyafədə olan bir şəxs şam yandıraraq, “Azəreneji”nin prezidenti Baba Rzayevin qəbul otağının qarşısında dualar oxuyur, sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir.
Qənimət Zahid izah verir ki, bu, “Azərenerjinin” prezidenti Baba Rzayevin kabineti, tərkibi naməlum məhlulu otaqdakı əşyaların üstünə püskürdən isə “esktrasens”dir.

Qənimət Zahidin bu çıxışına ilk reaksiya tələbəsi, AXCP-nin Fransaya sığınmış media əlaqələndiricisi Natiq Adilovdan gəldi. O da həmin videonu paylaşaraq, özünəməxsus şərh verdi. Bu videonun ortaya çıxmasının əsl səbəbi və elə bu səbəbi araşdırıb ortaya qoymağımızın ipucu Natiq Adilov oldu deyə, onu xüsusi qeyd etdik. İndi aydınlıq gətirək...

Bir müddət öncə youtube kanalında, digər sosial şəbəkələrdə oxşar “cadu-piti əməliyyatı” haqda bir fraqment paylaşılmışdı. Məmurun kimliyini xatırlamıram, videonu da çox axtardım, tapa bilmədim. Yadımda qalan o idi ki, şantaj komandasının “cadu” siyahısında bir neçə nəfərin olduğu, yavaş-yavaş onlarla haqq-hesab çəkiləcəyi deyilirdi. Həmin video ilə bu videonun oxşarlıqları çoxdur. Bunu əsas götürərək, araşdırma aparmalı olduq.



Araşdırmaya rəvac verən məqamlardan biri də, Qənimət Zahidin kabinetə səpilən məhlulun tərkibini belə gözəl, dəqiq bilməsi ilə bağlıdır (“Su, canavar sidiyi” və s.). Qənimət dezinformasiya “kralı”dır, o, yalanı elə məharətlə, peşəkarlıqla uydura bilər ki, mat qalarsan. Amma bu dəfə Qənimət heç nəyi uydurmur, ona deyiləni (çatdırılanı) təkrarlayır. Bəs, Qənimətə məhlulun tərkibi haqda məlumatı kim verə bilər? Çox sadə: kadrlarda əks olunan, su çiləyən “ağsaqqall”, Qənimətin “ekstrasens” deyə təqdim etdiyi şəxs!

Gəldik məsələnin ən maraqlı hissəsinə. Bu şəxs vaxtilə Azərbaycanda cadu-piti, cinçıxarma işləri adı altında şantaj, hədə-qorxu ilə məşğul olan Elman Əliyevdir.

O, hazırda Strasburqda yaşayır. Qənimət Zahidlə çox sıx əlaqələri var, hətta Strasburqda qonşudurlar. Əslən Saatlı rayonunun Azadkənd kəndindəndir. Aha, stop!!!






Bəli, bəli, Əli Kərimlinin həmkəndlisi və qohumudur. Yeri gəlmişkən, “hardan bilirsiniz məhz həmin şəxsdir” sualı verənlərə cavabı indidən verək ki, sonra şərh yazmaqlarına bəhanə qalmasın. Həmin videoda 3 dəfə Xaç çevirəndən sonra (dəhşət burasındadır ki, müqəddəs ziyarətgahlarda olmuş bir müsəlman ən böyük günaha girir, hətta xristianlar kimi şamla xaç çevirir) kameralara Elman Əliyevin üzərində yanıq izləri olan əli tuş gəlir. Bax, həmin yanıq əlləri Elman Əliyevin Batumidə, Strasburqda çəkdirdiyi digər fotolarında da görə bilərsiniz. Bu qədər təsadüf ola bilməz.





Deyəcəksiniz ki, kəndçisi olanda nə olar, bu işdə qəbahət nə var ki?! Xeyr, cənablar, çox böyük qəbahət var. Dəqiq məlumat deyirəm: bu qrup (falçı, Qənimət Zahid və adının bu məsələdə hallanmasına heç cür razı olmadıqları Kərimli Əli) batil inanclarla yüklənmiş, zəif iradəli şəxslərə bu xidməti göstərir və videoya çəkdirirlər. Sonradan həmin şəxslərdən şantaj yolu ilə pul tələb edirlər. Tələb olunan vəsait isə minimum 35 min avrodan başlayır. Pulunu verib, canını qutaranlar heç, pul vermək istəməyənlər bax, beləcə sosial şəbəkələrə daşınılır, müzakirəyə çıxarılır, biabır edilir.





Bu faktı bizə başına anoloji oyun gətirilmiş, keçmiş məmurlardan biri danışıb. O, vəsaiti verib, canını qutarıb. Deyir ki, hazırda sosial şəbəkələrdə paylaşılan “cadu-piti əməliyyatı”nın “qəhrəmanları” isə pul verməkdən imtina edənlərdilər.



Bax, belə bir sxem alınır: Batil inanclı, zəif iradəli şəxs (məmur) otağındakı cadu-pitini “təmizlətmək” üçün falçı sifariş verir. Təkidlə xahiş edir ki, “səviyyəli” cadugər olsun. Həmin şəxslər bu yöndə ad çıxarmış, simasında dərvişlik, şamanlıq olan Elman Əliyevi məsləhət görürlər. E.Əliyev bir kameraman götürərək gedir və başlayır “əməliyyata”. İşini görüb qutardıqdan sonra qonorarını alıb, qeybə çəkilir. Bir də 3-4 aydan sonra şantaj videosu ilə ortaya çıxır. Mənbənin dediyinə görə, məmur qorxaqdırsa, tələb olunan məbləği verir, canını müvəqqəti qutarır, yox, tərs və simicdirsə, video çatdırılır Qənimət Zahidə. Qənimət məsələyə girişib, bir neçə mesaj ötürür, alınmadığı halda qeyd olunan idbar şərhlərlə dolu kadrlar buraxılır dövriyyəyə. Bütün bunlardan isə Kərimli Əlinin mütləq əli, xeyir-duası və maraqları olub, var, olacaq.






Heç şübhəmiz yoxdur ki, bayaq qeyd etdiyimiz siyahı qüvvədədir və hansısa məmurun otağından hazırlanmış növbəti cadutəmizləmə əməliyyatını və Qənimət Zahidin şərhini yaxın vaxtlarda görəcəyik.
Görün, kimlər haqdan, ədalətdən, halalıqdan danışırlar.

Sənan Nəcəfov
Azvision.az üçün

Teqlər: Elman-Əliyev   Əli-Kərimli   Qənimət-Zahid   Məmurlar   Şantaj   Fal   Cadu