Erməni nazirlər xaricə getməyə pul tapmır

 Erməni nazirlər xaricə getməyə pul tapmır
  18 Sentyabr 2019    Oxunub:1823
Ermənistanın Nazirlər Kabineti xarici ölkələrə ezamiyyətlər üçün pul tapmır.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistan hökuməti bununla bağlı dövlət büdcəsindən pul ayrılmasına qərar verib. Nazirlər Kabineti qərar layihəsini iclas çağırmadan, yazılı səsvermə əsasında qəbul edəcək.
Qərara əsasən ezamiyyət üçün illik xərclər 645 min dollar (310 milyon dram) artırılmalıdır.

"Rəsmi və işgüzar səfərlər üçün ayrılan vəsait çatışmır" ,- deyə layihənin əsaslandırılmasında bildirilir.

Qeyd edək ki, Ermənistanın 2019-cu il dövlət büdcəsində rəsmi xarici səfərlər üçün 350 milyon dram ayrılıb. İl ərzində bu məbləğ müxtəlif qərarlarla 550 milyon drama çatdırılıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ermənistan  





Xəbər lenti