Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır”

    Ülvi Mehdiyev:    “Vətən sərhəddən başlayır”
  18 Sentyabr 2019    Oxunub:4960
"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində deyib.

Agentliyin sədri bildirib ki, düşərgələrdən 3-ü bu il ərzində təşkil olunub. Onun sözlərinə görə, builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub:

"Artıq hər mövsümlə əlaqədar olaraq bu düşərgələr təşkil olunacaq. Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Sərhədçi olmaq həqiqətən qürurvericidir, şərəflidir. Sərhədçi olmaq hərbi xidmətin ən romantik hissəsidir, çünki burada vətənin təbiəti, suyu, daşını, torpağını daha gözəl hiss edə bilirsən və səndə köklü bir məhəbbət yaradır".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti